Beynəlxalq Dəniz Təşkilatı sessiya və iclasları təxirə saldı

347

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan oldunduğunu nəzərə alaraq və virusun yayılmasının qarşısını almaq məqsədilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təşkil edilən aşağıdakı iclaslar təxirə salınmışdır:

  • İnsan faktoru, Təlim və Növbəçəkmə  üzrə Alt Komitənin 1-5 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 7-ci sessiyası;
  • Texniki Əməkdaşlıq Komitəsinin 15-18 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 70-ci sessiyası.

Bununla yanaşı, Beynəxalq Dəniz Təşkilatı  tərəfindən Asanlaşdırma Komitəsinin 20-24 aprel 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 44-cü sessiyasının, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Komitəsinin 13-22 may 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 102-ci sessiyasının, Məlumatların uyğunlaşdırılması üzrə Beynəlxalq Dəniz Təşkilatının Ekspertlərinin 27 aprel-1 may 2020-ci ildə  tarixində keçirilməsi nəzərdə tutulan 2-ci iclasının, “Dəniz təchizatı zənciri üzrə dəniz limanlarında həyata keçirilən əməliyyatlara dair məlumat standartlarına vahid yanaşma” adlı 30 aprel 2020-ci il tarxində keçirilməsi nəzərdə tutulan dəniz limanı müşavirəsinin  təxirə salınması haqqında qərar qəbul edilmişdir.