Gələn aydan balıq ovuna moratorium elan edilir

253

Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar mayın 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinın, qorunmasının vacibliyini günümüzün ən aktual məsələlərindən biri olduğunu bildirib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya, qaydalara əməl etməyə çağırıb.