“Şarl de Qoll” təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı artıb

268

“Şarl de Qoll” təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı 1 046 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “BFMTV”yə Fransanın Silahlı Qüvvələr Nazirliyinin nümayəndələri deyib.

Bildirilir ki, gəmidə olan 1 760 dənizçidən 1 046 nəfərinin koronavirus testi müsbət nəticə verib. Hazırda 20-dən artıq dənizçi xəstəxanaya yerləşdirilib, bir nəfər reanimasiya şöbəsindədir.

Xatırladaq ki, Fransada koronavirusdan ölənlərin ümumi sayı 18 681 nəfərdir.