Azərbaycan neftinin bir barreli 21,30 dollara satılır

262

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 21,30 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır