Bu gün Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutu üzvlərinin işçi qrupunun onlayn iclası keçirildib

675

Bu gün Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutu üzvlərinin işçi qrupunun onlayn iclası keçirildib. Bakı Limanı tərəfindən iclasda Baş direktorun müavinləri Vahid Əliyev, Əkbər Kərimov və Maftun Abbasov iştirak ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini və işçi qrupun rəhbəri Fərhad Quliyev bütün iştirakçıları salamlayıb və gündəlikdəki mövzuların müzakirəsinə başlanılıb. Direktor müavini Vahid Əliyev və Məftun Abbasov COVID-19 pandemiyasi ilə mübarizə çərçivəsində Limanda həyata keçirilən tədbirlər haqqında məlumat veriblər. İşçi qrupun diqqətinə çatdırılıb ki, Bakı Limanında iki zona – müvəqqəti saxlanma və karantin və steril (təmiz) zonalar yaradılıb. Əraziyə daxil olan hər bir sürücüdən laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır və testin cavabı çıxana qədər qeyd xüsusi ərazidə qalırlar.Yalnız nəticəsi neqativ olan sürücülər steril (təmiz) zonaya daxil ola bilirlər.

Həmçinin iclas zamanı Bakı Limanının təşəbbüsü ilə həyata keçirilən ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi barədə də məlumat verildi. Direktorun müavini Əkbər Kərimov onlayn konferansın iştirakçılarına layihənin hazırkı vəziyyəti, yol xəritəsi, konseptual dizaynın həyata keçirilməsi, idarəetmə və mövcud platformalarla layihə çərçivəsində inteqrasiyası barədə məlumat verib. Bütün iştirakçılar işçi qrupunun növbəti iclasından əvvəl məlumat mübadiləsi barədə razılığa gəliblər.