Litva “Hunt” sinfinə məxsus üçüncü mina əleyhinə gəmi alır

277

Litva Böyük Britaniyadan “Hunt” sinfinə məxsus üçüncü mina əleyhinə mübarizə gəmisi alır.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2017-ci ilin dekabr ayında Böyük Britaniya donanmasının istismardan çıxarılan “HMS Quorn” gəmisi bərpa və yenilənmədən sonra Litvaya təhvil veriləcək.

Qeyd olunur ki, Litva gəmi üçün 40-50 milyon funt sterlinq (50.4-63.3 milyon ABŞ dolları) arasında olduğu təxmin edilən vəsait ödəyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır