Okeana atılan plastik qablar hara yox olur? – ARAŞDIRMA

330

Hər il okean sularına 10 milyon tondan çox plastik tullantı düşür.

Biz bu tullantıların yalnız bir faizini görürük. Qalan 99 faizinin hara yox olduğu haqda təhqiqat aparılmayıb.

Plastik tullantıların bir hissəsi ölçüsü beş mm-dən az olan kiçik hissələrə ayrılaraq, mikroplastikə çevrilir.

“Sciencemag” xəbər verir ki, Böyük britaniyalı okeanoloqların İtaliyanın qərb sahillərində apardıqları araşdırmaların nəticələrinə görə, güclü axınlar plastik hissəcikləri toplayaraq dənizlərin dibinə yığır.

Ən çox həcmdə mikroplastikə dərin kanyonlarda rast gəlinir.

Məlumat üçün qeyd edək ki, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazımdır.