Beynəlxalq Dəniz Təşkilatı COVID -19 pandemiyası ilə əlaqədar olaraq növbəti iclasları təxirə saldı

263

Beynəlxalq Dəniz Təşkilatı (BDT) iyul ayında keçirilməsi planlaşdırılan iclasların, o cümlədən BDT-nin Şurasının növbəti sessiyasının COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salındığını elan etmişdir.
Həmçinin, 2020-ci il üzrə yeni iclas proqramlarının hazırlanmasına başlanılmışdır. İclasların yenidən başlanılması Dünya Səhiyyə Təşkilatı və Böyük Britaniya Hökümətinin təlimatları, o cümlədən BDT-nin Üzv Dövlətlərindəki vəziyyətdən asılı olacaqdır.
İyul ayında keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan iclaslar aşağıdakılardır:
− Şuranın 29 iyun-3 iyul 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 124-cü sessiyası;
− BDT-nin alətlərinin Tətbiq Edilməsi üzrə Alt Komitənin 20-24 iyul 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 7-ci sessiyası;
− Dəniz Radiokommunikasiya İşləri üzrə BDT/BTİ-nin Birgə Ekspertlər Qrupunun 6-10 iyul 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 16-cı iclası, lakin BTİ və Ekspertlər Qrupunun Sədri ilə məsləhətləşmələr əsasında qeyd edilən iclasın keçirilməsi üzrə alternativ tədbirlər nəzərdən keçirilməkdədir.