Litva Böyük Britaniyadan “Hunt” sinfinə məxsus üçüncü mina əleyhinə mübarizə gəmisi alır.
Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 2017-ci ilin dekabr ayında Böyük Britaniya donanmasının istismardan çıxarılan “HMS Quorn” gəmisi bərpa və yenilənmədən sonra Litvaya təhvil veriləcək.
Qeyd olunur ki, Litva gəmi üçün 40-50 milyon funt sterlinq (50.4-63.3 milyon ABŞ dolları) arasında olduğu təxmin edilən vəsait ödəyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır