Almaniyanın “Thyssen Krupp” şirkəti tərəfindən istehsal olunan ən son sualtı qayıqlardan biri olan S-43 İsgəndəriyyə şəhərində Misir donanmasına təhvil verilib.
Ordu.az xəbər verir ki, bu barədə “Egypt Independent” məlumat verib.
Bildirilir ki, ən son naviqasiya və rabitə sistemlərinə, geniş texniki və müdafiə qurğularına sahib S-43 dünyanın ən güclü hücum sualtı qayıqlarından biridir.
Sualtı qayığın gövdəsi təqribən 62 metrdir və suyun 500 metr dərinliyində fəaliyyət göstərə bilir. S-43 səkkiz ədəd 533 mm-lik torpedaya malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır