2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

353

2020/2021-ci tədris il üçün abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may-5 iyun tarixi aralığında Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Bildiyiniz kimi ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyyə edilmişdir.

Bunu nəzərə alaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər əvvəlki illərdən fərqli olaraq bu il ixtisas seçimindən əvvəl XÜSUSI TIBBI MÜAYINƏDƏN KEÇMƏYƏCƏKLƏR. Qəbul imtahanlarını üğurla başa vurub Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticəsinə əsasən ADDA-ya qəbul olunan abituriyentlər 1-ci tədris ili müddətində müvafiq tələblərə uyğun tibbi yoxlanışdan keçəcəklər.

Mənbə:http://adda.edu.az/az/announce/275