BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

286

2020-ci ilin birinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 517 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

BP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin ortalarından şirkətin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.