Rusiya donanmasının “Admiral Qolovko” freqatı fəaliyyətə başlamağa hazırdır

273

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qolovko” adlı (Layihə 22350) freqatı xidmətə başlamağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya gəmiqayırma sənayesindəki bir mənbədən TASS-a məlumat verib.

Mənbə bildirib ki, gəminin suya buraxılması barədə dəqiq tarixi Rusiya Müdafiə Nazirliyi müəyyənləşdirəcək. İlkin ehtimala görə, freqat bu ayın sonunadək xidmətə başlayacaq.

135 metr uzunluğunda olan gəmi “Severnaya Verf” gəmiqayırma zavodunda inşa edilib.

Döyüş gəmisi yeni 130 mm-lik A-192 artilleriya silahı, gəmi əleyhinə, sualtı və suya qarşı raketlər, o cümlədən “Kalibr” və “Poliment-Redut” raketləri ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır