Azərbaycan nefti həftə ərzində 7%-dən çox bahalaşıb

32

Ötən həftə ərzində (11-15 may) dünya bazarında “Azeri Light” (CIF) markalı neft 7,3%-a yaxın bahalaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 2,12 ABŞ dolları və ya 7,27% artaraq orta hesabla 29,16 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 32,77 dollar təşkil edib, ən minimal göstərici isə 30,66 dollar səviyyəsində olub.