“LUKOYL-Azərbaycan” autsorsinq xidmətləri üzrə tender keçirir

284

“LUKOYL- Azərbaycan” QSC xidmət personalının təqdim edilməsi üzrə autsorsinq xidmətlərinin göstərilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, iddiaçılar uyğun Dərəcə anketini iyunun 1-i saat 18:00-dək, tender təkliflərini isə iyunun 19-u saat 18:00-a qədər QSC-nin Bakı şəhəri, Z.Tağıyev küçəsi,13 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə iyunun 22-si saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İşin başlanmasına avqust ayında nəzərdə tutulub və ən geci 3 il müddətində təhvil verilməlidir.