Gürcüstan Azərbaycandan qaz idxalını azaldacağını bəyan etdi

262

Təbii qaza olan tələbatını əsasən idxal hesabına təmin edən Gürcüstan 2020-ci il üçün proqnozu ilin əvvəlində üçüncü dəfə nəzərdən keçirib.

Gürcüstan hökuməti bəyan edib ki, 2020-ci ildə ona lazım olacaq qaz 2 milyard 569,6 milyon kubmetr həcmində müəyyən edilib ki, bu da aprel ayında gözlənilən göstəricidən 1% azdır.

Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2020-ci il üçün təsdiq etdiyi yenilənmiş təbii qaz balansına əsasən, ölkəyə əsas qaz tədarükçüsü olan Azərbaycandan idxal 2,4% – 2 milyard 347,6 min kubmetrədək azaldılıb.

Bununla yanaşı, SOCAR-dan 1 milyard 454,8 milyon kubmetr (azalma 4,7%), “Şahdəniz” layihəsi çərçivəsində isə 882,7 milyon kubmetr (artım 1,8%) qazın alınması nəzərdə tutulur.