Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb

242

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevral ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevral ayında ixrac əməliyyatları dəyəri 1 milyard 66,4 milyon ABŞ dolları, yanvarda isə 720,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ölkəyə idxal edilən məhsulların dəyəri 3 milyard 381,8 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır