ASCO Kurık-Ələt istiqamətində yükdaşıma qiymətlərinə dəyişiklik edib

222

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Kurık-Ələt limanı istiqamətində yük avtomobili daşımaları üzrə qiymətlərə dəyişiklik edib. 

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Bundan sonra Kurık-Ələt istiqamətində yük avtomobilləri üzrə bir tərəfli daşıma 1 200 ABŞ dollarından 900 ABŞ dollarına, Ələt limanından gediş-dönüş isə 2 100 ABŞ dollarından 1 800 ABŞ dollarına endirilib.