Azərbayacana fiziki şəxslər tərəfindən idxal 15% artıb

267

Bu ilin yanvar-may ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 374 474,58 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 9%-ni əhatə edib.

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 25 174,8 min dollar olub ki, bu da cəmi ixracın 0,36%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% artıb, ixrac isə 0,5% artıb.