Yeni Zelandiya “Hyundai Heavy” tərəfindən istehsal edilən yeni döyüş gəmisi alıb

310

Cənubi Koreyanın “Hyundai Heavy Industries” şirkəti tərəfindən istehsal edilən “Polar” sinfinə məxsus döyüş gəmisi Yeni Zelandiyaya doğru yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni Zelandiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş gəminin çəkisi 26.000 ton, uzunluğu 173 metrdir.

Seuldan 414 km cənub-şərqdə yerləşən Ulsan şəhərindən yola düşən döyüş gəmisi üçün 2016-cı ildə müqavilə imzalanıb. Bildirilir ki, müqavilənin dəyəri 493 milyon ABŞ dollarıdır.

Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə görə, gəmi 30 ildən çox xidmət etdikdən sonra 2017-ci ilin dekabr ayında istismardan çıxarılan “Endeavor”u əvəz edəcək.