Eparse adaları

434

Eparse adalar qrupu Hind okeanının cənubunda, Mozambik boğazında , Mozambik və Madaqaskar arasındakı yolun üzərində yerləşir. Adalar min illərdir ki, Hind okeanının ən mənzərəli guşələrindən birinə çevrilərək mərcanlarla bürünmüşdür. Bütün adalar – mərcan və vulkanik mənşəlidir. Adaların ümumi ərazisi — 38,6 km², əhalisi 56 nəfər (stansiya işçiləri). Ən iri adası Avropadır (28 km²).

Bu adalar “Səpələnmiş adalar” da adlanır, çünki onlarla ada bir-birindən çox uzaq məsafədə yerləşir.

Adalar Fransanın  mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. 1892-ci ildə ərazilər Fransanın lonizasiyasına məruz qalmışdır.  Zaman-zaman adalar məskunlaşdırılmağa başlanılmışdır. Əsas hədəfsə quano və kakos toplamaq və tısbağa çanağının satışı olmuşdur.

Eparse adaları arxipelaqına əsasən Mərcan adaları daxildir:

Bank-duQeysir (Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)


Bassas da İndiya adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)


10 adsız ada

Avropa adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)


Qloryoz adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)


İl-dyu-Lis

Qəza qayası

Cənub qayası

Yaşıl qayalar (3 ada)

Xuan de Nova adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)


Tromelin adası (Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür)


Tromelik adası – rəsmi olaraq 1722-ci ildə kəşf edilmişdir. 1761-ci ildə gəmi qəzası zamanı adaya 125 gəmi üzvü və 89 qul pənah gətirmişdir. Gəmi üzvləri qəzaya düşmüş gəminin hissələrindən 2 ay müddətində kiçik bir gəmi inşa edərək adadan getmişlər. Komanda üzvləri gedərkən adada 60 malaqaşili qulu saxlamışdılar. 15 ildən sonra 29 noyabr 1776-cı ildə leytenant Tromelinin komandası La Dauphine gəmisində adaya yan almışdır. O, burada 7 qadın və səkkiz aylıq bir körpəni aşkarlayır. Ada bundan sonra kapitanın şərəfinə adlandırılır.

Avropa adası – 1774 cü ildə ziyarət etmiş «Avropa» adlı ingilis gəmisinin şərəfinə adlandırılıb. Ada 1897-ci ildən Fransaya məxsusdur. Bununla belə Madaqaskar adaya iddia edir. Onların fikirincə ada fransızlar tərəfindən qəsdən Madaqaskar müstəmləkəsinin tərkibindən inzibati şəkildə ayrılmışdır. Adanın 1860-cı və 1920-ci illərdə uğursuz məskunlaşdırılmasının acı nəticələrini bu gündə görmək olar.

Bassas da İndiya adaları – XVI əsrdə portuqal səyyahlar tərəfindən kəşf edillmişdir. Fransanın idarəsinə 1897-cu ildən keçmişdir.

Adalar 1897-ci ildə Fransanın mülkiyyəti elan edilmiş, 1968-ci ildə isə xüsusi komissarın rəhbərliyinə verilmişdir. Rəhbərlik Reyunyonda yerləşir.