Tanzaniyada Tanqanyika gölündə bərə aşıb, 10 nəfər göldə batıb

275

Tanzaniyanin hissəsinə aid olan Tanqanyika gölündə sərnişin bərəsinin aşması nəticəsində ən azı 10 nəfər batıb və 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Rayon Polis İdarəsinin rəisi Martin Otieno bildirib ki, 60-dan çox insanı daşıyan gəmi fırtınaya düşərək, aşıb və batıb. Gəmi Sibves və İkola liman şəhərləri arasında hərəkət edib.