Çində 4 neft nəhəngi ittifaq yaradacaq

230

Çində dövlətə məxsus dörd neftayırma zavodu birlikdə neft almaq üçün ittifaq yaradacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Söhbət artıq hökumətdən dəstək alan “Sinopec”, “PetroChina”, CNOOC və “Sinochem”dən gedir. Bununla şirkətlər qiymətə təsirini genişləndirmək istəyir.

Məlumata görə, şirkətlər iyul ayında ABŞ və Rusiya nefti üçün ilk birgə müraciətlərini təqdim edəcək.