Türkiyənin “Fatih” gəmisi Qara dənizdə qazma əməliyyatları aparacaq

243

Türkiyənin “Fatih” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizində qazma ərazisində yola düşüb.

AZƏRTAC Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, Aralıq dənizində kəşfiyyat-qazma işlərini başa vuran gəmi Trabzon dəniz limanında növbəti missiya üçün hazırlanıb. Bildirilir ki, “Fatih” iyulun 15-də Qara dənizdəki “Tuna-1” sahəsində kəşfiyyat-qazma işlərinə başlayacaq.

Qeyd edək ki, Türkiyə ötən il 2019-cu il oktyabrın 30-da “Fatih” gəmisi ilə Aralıq dənizində qazma işlərinə başlamışdı. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilib. Aralıq dənizindəki proseslər başa çatandan sonra gəminin göyərtəsindəki 103 metr hündürlükdə qazma qülləsi hissələrlə Trabzona daşınaraq yenidən “Fatih”in gövdəsində montaj edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır