“Bakı Dəniz Vağzalı” binasının istismara verilməsinin 50 illiyi tamam olur

1895

İyul ayının 1-də paytaxt sakinlərinə Bakı Dəniz Vağzalı kimi tanınan və dəniz bulvarının ayrılmaz atributu olan binanın istismara verilməsinin 50 illiyi tamam olur.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən 1970-ci ildə qoyulan Dəniz Vağzalı bu gündə şəhərimizin arxitekturasında gözəllik və zövq rəzmi kimi qalmaqdadır. Tanınmış memarlar Axundov, Şulqin və Orlova-Stroqanova tərəfindən avanqard üslubda tikilən bina son yarıməsrin əksər qürurverici və taleyüklü hadisələrinin şahidi olub. Buraya qonşu Xəzər limanları ilə ticarət münasibətlərini, Neft Daşlarına işçilərin və yüklərin çatdırılması, 20 yanvar faciəsi dövründə hücumlara məruz qalması kimi bəzi hadisələri aid etmək olar.

“Bakı Beynlxalq Dəniz Ticarət Limanı” QSC olaraq biz adı çəkilən binanın qorunub saxlanması, 21-ci əsrin tələblərinə və cağırışlarına uyğun fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görürük.