Qazaxıstan neft-qaz sektorunda islahatlar aparmaq qərarına gəlib

265

Bu məqsədlə “KazMunayGaz” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Alik Aydarbaev bu qurumun tərkibində olan “KazTransGaz” ASC-nin “Samruk-Kazına” Fonduna birbaşa tabe edilməsi təklifi ilə çıxış edib. 

Aydarbayev təklifini Qazaxıstan Respublikasının Birinci Prezidenti, Elbaşı Nursultan Nazarbayevin sədrliyi ilə “Samruk-Kazına” Fondunun İdarəetmə Şurasının iyun ayında keçirilən növbəti iclasında səsləndirilib.

Çıxışı zamanı “KazMunayGaz” rəhbəri müstəqillik illərində ölkədə neft və qaz sektorları üçün güclü nəqliyyat infrastrukturunun yaradıldığını vurğulayıb.

“İnfrastrukturun inkişafı dövründə “KazTransGaz” və” KazTransOil ” Açıq Səhmdar Cəmiyyətlərinin ” KazMunayGaz”ın tərkibində olması tamamilə əsaslı idi.  Bütün neft və qaz nəqliyyatı şəbəkəsini layihə, tikinti və sonrakı inkişaf dövründə vahid mərkəzdə cəmləşdirmək lazım idi. Bu günə qədər bu işlərin hamısı demək olar ki, başa çatmışdır və iki şirkət artıq özünü təmin etmək halındadır. Bununla əlaqədar, ilkin mərhələdə “KazTransGaz” şirkətini birbaşa “Samruk-Kazına” Fonduna həvalə etmək təklif olunur. Bu, idarəetmədəki çoxpilləliyi azaldacaq, “KazMunayGaz”ın IPO-ya çıxacağı təqdirdə isə dövlətin infrastruktur layihələrini qoruyacaq və “KazMunayGaz” öz gücünü neft və qaz  layihələrinin kəşfiyyatına, hasilatına və emalına, həmçinin kimya layihələrinin həyata keçirilməsinə yönəldiləcək “, – deyə Alik Aydarbayev bildirib.

Verilən təklifi Elbaşı Nursultan Nazarbayev dəstəkləyib və onun  üzərində işləməyi tapşırıb.

Qeyd olunub ki, “KazTransOil” ASC ilə bağlı məsələyə sonrakı mərhələdə əlavə olaraq baxılacaqdır.