Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 14%, sərnişindaşıma isə 29% azalıb

254

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 96,3 mln. ton yük daşınıb ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,1% azdır.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövrü ilin yanvar-iyun ayılarında nəqliyyatçılar 690 mln. nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28,7% az sərnişinə xidmət göstərib.