Azərbaycanda bu il dəniz nəqliyyatı ilə 3 mln. tondan artıq yük daşınıb

238

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 047,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% azalıb.

Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 33,4% neft yükləri təşkil edib.

Məlumata əsasən, bu dövr dəniz limanları tərəfindən 4 498,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4 279,0 min tonunu və ya 95,1% tranzit yüklər təşkil edib. 2020-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 119,4 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,2% azalaraq 8,7 min nəfər olub”, – məlumatda deyilir.