Qvineya körfəzində dəniz quldurları tankeri girov götürüblər

221

Qvineya körfəzində dəniz quldurları “Curacao Trader” tankerinə hücum edərək girov götürüblər. Gəmidə 15 ekipaj üzvünün olduğu bildirilir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dryad Global” portal məlumat yayıb.

Məlumata görə, hücum Nigeriyanın Bayels ştatından 210 dəniz mili uzaqlıqda baş verib, gəminin Toqonun paytaxtından gəldiyi deyilir.

“İlkin məlumatlara görə, səkkiz silahlı şəxs gəmiyə yaxınlaşıb və 15 ekipaj üzvü qaçırılıb. Girov götürülən ekipaj üzvlərinin Rusiya və Ukrayna vətəndaşları olduğu ehtimal edilir”, – deyə portal yazıb.