Bakı Limanında konteynerlərin aşırılmasında artım olub

245

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də konteynerlərin aşırılmasında artım müşahidə edilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, yarım ildə limanda TEU ekvivalentində 18 min 547 sayda konteyner aşırılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artım deməkdir (2019-cu ilin birinci yarısında 15 min 210 TEU). COVID- 19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz azalma qeydə alınıb və 13 min 776 nəfər olub.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu il martın əvvəllərindən etibarən liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır