Yava dənizində yanan gəminin sərnişinləri və heyət üzvləri xilas edilib

316

Yava dənizində İndoneziyaya məxsus yanan yük gəmisinin bütün sərnişinləri və heyət üzvləri xilas ediliblər.

AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi (BASARNAS) məlumat yayıb.

Bildirilir ki, iyulun 22-də Belitunq adası yaxınlığında göyərtəsində yanğın baş verən “Bahari Indonesia” yük gəmisində olan 26 nəfərin hamısı təsadüfən yaxınlıqdan keçən gəmi tərəfindən xilas edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Gəminin sərnişinləri və heyət üzvləri iyulun 23-də səhər Kalimantan adasının qərbində yerləşən Ketapanq limanına çatdırılıblar.

Cakartadan Pontianaka gedən gəminin göyərtəsində 18 yük və iki mikroavtobusun olduğu da bildirilir.

Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır