Altı ayda dəniz nəqliyyatı ilə 470,8 min ton yük daşınıb

231

Yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 470,8 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 253,1 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarım ildə dəniz nəqliyyatı ilə ixrac olunan 166,5 min ton yükün dəyəri 51,4 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 304,2 min tondan çox, dəyəri isə 201,7 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır