Dəniz limanlarında 4,4 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

308

Cari ilin yanvar-iyun aylarında dəniz limanlarında 4 milyon 498,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 279 min tonunu və ya 95,1 faizini tranzit yüklər təşkil edib. İyulun 1-nə limanlarda qalan yüklərin həcmi 119,4 min ton olub.

Altı ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz azalaraq 8,7 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır