Bayram münasibətilə gəmi və tərsanələrin sıravi heyət üzvlərinə və fəhlə kateqoriyasından olan əməkdaşlara maddi yardım veriləcək

295

İnsanlar arasında birlik, humanizm və mərhəmətin rəmzi olan Qurban bayram münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi və tərsanələrində çalışan sıravi heyət üzvlərinə və fəhlə kateqoriyasından olan işçilərin hər birinə 30 manat məbləğində birdəfəlik yardım  veriləcək.

Bununla bağlı ASCO sədri Rauf Vəliyev əmr imzalayıb.

Bu sosial tədbir ümumilikdə 4500 nəfərdən çox əməkdaşı əhatə edəcək.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı dövrdən əməkdaşlarının sosial rifahının və maddi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bundan başqa, ASCO şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də ailəsində şəhid olan işçilərə, həmçinin veteran dənizçilərə maddi yardım göstərilməsini, onların sosial təminatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

Mənbə:https://asco.az/bayram-munasibetile-gemi-ve-terasnelerin-siravi-heyet-uzvlerine-ve-fehle-kateqoriyasindan-olan-emekdaslara-mukafat-verilecek/