Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb

294

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 30-u səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Göygöldə 14, Daşkəsəndə 10, Naftalan, Ağdamda 9, Qusar, Bərdədə 7, Gədəbəy, Xaltan, Qrızda 6, Zərdab, Tərtərdə 5, Şabranda 4, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 millimetr olub.

Bərdə rayonuna iyulun 29-da saat 17:34-17:37 radələrində diametri 10 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi iyulun 30-u səhər saatlarından başlayaraq 15-20 metr/saniyəyədək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33°, Aran rayonlarında 31-38°, dağlıq rayonlarda 20-24°, Naxçıvan Muxtar Respublikasında 35-41° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır