ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubuna yeni təchizat kateri verilib

334

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun maddi-texniki bazası gücləndirilib. Klubun balansına yeni təchizat kateri əlavə olunub.

Uzunluğu 4.70 metr, mühərriki 50 at gücünə bərabər olan “Yamaha” katerinə 9 nəfər yerləşir. Təchizat kateri yarış və məşq zamanı idmançıların təhlükəsizliyini təmin etməyə və onları suda olan zaman təlimatlandırmağa kömək edəcək.

Xatırladaq ki, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu 2014-cü ildə yaradılıb.  Bu müddət ərzində klub üzvləri müxtəlif beynəlxalq yarışlarda və ‪2018-2019-cu illərdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Baku Sailing Regatta” yarışında müvəfəqiyyətlə iştirak edib.

Hazırda Klubun tərkibi 19 ədəd müxtəlif sinfə aid yelkənli qayıq daxil olmaqla, 3 məşqçi heyətindən və 25-dən çox idmançıdan ibarətdir.

Mənbə:https://www.seanews.az/az/pages/35/news/5316