ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır

322

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan  maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

2020-ci ilin birinci yarımilliyinin nəticələrinə görə,  ASCO gəmilərindən 60,19 m³ plastmas, 360 m³  qida qalığı, 322,55 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 58,185 m³  istismar tullantısı, 4,71 m³  elektron tullantı, 77 m³  şlam, neft qalığı, 2701 m³  döşəməaltı lyal sular, 47848,65 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 74,4 m³  çən dibində formalaşmış neftli şlam, 7,119 ton yanmış qəlib qumu, 615,23 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 44413 ton məişət çirkab suyu, 667 ton neftli döşəməaltı-lyal su, 92,707 ton sürtgü yağı, 3184,902 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 575,39 m³  qida qalığı, 207,79 m³ polimer əsaslı və plastmas tullantı, 81,01 m³ yağlı və neftli tullantı, 42,3 m³  müxtəlif rezin tullantı, 10 ədəd akkumulyator və halvanik element, 387,45 m³ istismar tullantı, 14,5 m³  elektron tullantı, 7,55 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 33,99 m³ müxtəlif  ölçülü  əşya  yığılıb  təhvil  verilib.

Yanvar-iyul aylarında ümumilikdə 1139,658 ton silinmiş qara metal, 2, 19 ton əlvan metal  isə təkrar emala göndərilib.

Mənbə:https://asco.az/asco-tullantilarin-ekologiyaya-menfi-tesirlerinin-minimuma-endirilmesini-diqqetde-saxlayir/