MMN: Şərqi Aralıq dənizində Türkiyənin bütün haqları qorunacaq

290

Milli Müdafiə Nazirliyinin (MMN) “Twitter” hesabından verilən açıqlamada “Mavi Vətənimizdə bütün haqlarımızı, əlaqələrimizi və maraqlarımızı qorumaq əzmindəyik və bu gücümüz var” deyilib.
Açıqlamada bildirilib ki, şanlı tariximizdən, nəcib millətimizin sevgisi, etimadı və duasından ilham alaraq, bu günə qədər olduğu kimi bu gündən sonra da Mavi Vətənimizdə bütün haqlarımızı, mənfəət və maraqlarımızı indiyədək olduğu kimi bundan sonra da qorumaq əzmindəyik. Paktımız Mavi Vətənimizdir. 
Paylaşmada Şərqi Aralıq dənizində fəaliyyətə başlayan “MTA Oruç Reis” seysmik tədqiqat gəmisinin və onu müşayiət edən və qoruyan Türk Hərbi Dəniz Qüvvələrinin helikopterlərindən çəkilən görüntüləri də yer alıb.