Türkiyənin “Oruç Reis” gəmisini müşayiət edən hərbi donanmanın komanda mərkəzinin fəaliyyəti yoxlanılıb

431

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə Silahlı Qüvvələrin rəhbər heyəti “Oruç Reis” kəşfiyyat-axtarış gəmisini müşayiət edən hərbi donanmanın komanda idarəetmə mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, nazir Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbal ilə birlikdə donanmanın fəaliyyətini və müvafiq prosedurları izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır