İyulda dəniz nəqliyyatı ilə 62,4 milyon dollarlıq yük daşınıb

389

İyulda dəniz nəqliyyatı ilə ümumilikdə 72 min 877 ton yük daşınıb ki, bu yüklərin dəyəri 62,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 18,7 min ton yükün dəyəri 6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 54 min 135 ton, dəyəri isə 56,3 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır