Haiti sahillərində qayıq batıb, azı 14 nəfər ölüb

257

Haitinin Tortuqa adasından insanları daşıyan qayıq qəzaya uğrayıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb. İtkin düşənlərin dəqiq sayı barədə məlumat verilmir.

Bildirilir ki, 9 nəfəri xilas etmək mümkün olub, hazırda onlara tibbi yardım göstərilir.