170 ölkədə tanınan diplom, üç dildə təhsil, karyera yüksəlişi – VİDEO

518

Diplomu 170-dən çox ölkədə tanınan və bir çox üstünlüklərə malik Azərbaycan Dövlət Dəniz Akademiyası abituriyentlərin yolunu gözləyir.
“Yenisumqayit.az” xəbər verir ki, 2020/2021-ci tədris ili üçün Akademiyaya qəbul digər ali təhsil müəssisələrində olduğu kimi aparılır.
Əvvəlki illərdən fərqli olaraq bu il imtahandan əvvəl xüsusi tibbi yoxlamadan keçmək tələb olunmur. Akademiyaya qəbul olan abituriyent yaşayış yeri üzrə poliklinikadan sağlamlıq haqqında arayışı digər sənədlərlə bir yerdə təqdim edəcək.
Dövlət İmtahan Mərkəzinin 1-ci qrup üzrə keçirdiyi qəbul imtahanlarının nəticəsinə əsasən ixtisas seçiminə buraxılan hər bir abituriyent ADDA-nın dörd ixtisasından birini seçə biləcək.ADDA-nın bakalavriat səviyyəsi üçün Azərbaycan, rus və ingilis dili bölmələri üzrə ümumilikdə 200 yer ayrılıb. Plan yerlərinin 80-i Dəniz naviqasiyası mühəndisliyi (Azərbaycan bölməsi 50 yer, Rus bölməsi 15, İngilis bölməsi 15), 25-i Elektrik və elektronika mühəndisliyi, 80-i Gəmi energetik qurğularının istismarı mühəndisliyi (Azərbaycan bölməsi 50 yer, Rus bölməsi 15, İngilis bölməsi 15), 15-i Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasının payına düşür.

Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsilin üstünlükləri:- Akademiyada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) yüksək səviyyədə, müasir standartlara cavab verən  tədris prosesi qurulub. Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Ukraynadan gələn tələbələr də təhsil alır.- Akademiyada professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Tələbələr güzəştli şərtlərlə tam təmirli yataqxana ilə təmin olunurlar. Dərs vəsaitləri, gündə iki dəfə yemək, yay və qış geyimləri isə ödənişsiz olaraq verilir.

– ADDA tələbələri istehsalat təcrübələrini ASCO-nun Dəniz Nəqliyyat Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərində, ASCO-nun xarici sularda üzən gəmilərində, “Bibiheybət” gəmi təmiri zavodu, “Zığ” gəmi təmiri və tikintisi zavodu, “Xəzərdənizlayihə” elmi-tədqiqat institutu və Bakı Gəmiqayırma Zavodunda təcrübə keçirlər. Azərbaycanda fəaliyyət göstərən digər yerli və xarici gəmiçilik şirkətləri ilə də təcrübənin təşkili zamanı əməkdaşlıq edilir.- tələbələr təcrübə müddətində bütün sənəd və sertifikatlarla, xüsusi geyim formaları ilə təmin edilirlər.- zərbəçi və əlaçı tələbələrin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin vəsaiti hesabına xarici ölkələrin dənizçilik ali məktəblərində təhsil almalarına imkan yaradılır.- təhsildə fərqlənən məzunların işə qəbulu (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, habelə sosial müdafiəsinin gücləndirilməsi imkanları yaradılır.– məzunlar ali təhsil haqqında diplomla yanaşı  işçi diplomlar və müvafiq sertifikatlar da alırlar ki, bu da  onlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində işləməyə imkan verir. Hazırda ADDA məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıcı beynəlxalq şirkətlərdə, limanlarda, gəmi təmiri müəssisələrində çalışırlar.Bir daha bütün abituriyentlərə uğurlar arzulayır və gələcəyini dənizçi kimi görmək istəyənlərin yolunu ADDA-da gözləyirik.https://www.youtube.com/embed/fzSra_huekk?feature=oembed