Türkiyənin Şərqi Aralıq dənizində qazdığı kəşfiyyat quyularında qaz ehtiyatlarının olduğu güman edilir

323

Türkiyənin Qara dənizdə aşkar etdiyi təbii qaz yatağı ölkənin milli sərvətidir. Mavi yanacaq bu yataqdan Türkiyənin öz imkanları hesabına çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Ekologiya və Təbii Sərvətlər naziri Fatih Dönməz yerli KİV-lərə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda Şərqi Aralıq dənizində 8-ci kəşfiyyat quyusu qazılır. Bəzi kəşfiyyat quyularında qaz ehtiyatlarının olması güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır