Gəmilərdə dezinfeksiya işləri davam etdirilir

400

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Ağdam”, “Akademik Topçubaşov”, “Bərdə”, “Cəlil Məmmədquluzadə”, “Hüseyn Cavid”, “Şahdağ”, “Atamoğlan Kərimov”, “Barja-701”, “Kapitan Ağasiyev”, “MPK-455”, “MPK-470”, “Neftqaz-62”, “Neftqaz-64”, “Orion-18”, “PS-158”, “PS-173”, “Sabit Orucov”, “Süleyman Vəzirov”, “Şirvan-3” gəmilərində, 721 saylı üzən emalatxanada, “Bibiheybət” Gəmi Təmiri Zavodunda, Dəniz Nəqliyyat Donanmasının yeməkxanasında və Xəzər Dəniz Neft Donanmasının inzibati binası, anbarları, sahil ərazilərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır