Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı…

473

Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə 01 sentyabr 2020-ci il tarixinə olan gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan bildirilib ki, AÇG yatağından 01.01.2020 – 01.09.2020 tarixində 2 657 mln. ABŞ dolları gəlir əldə olunub.

Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2020 – 01.09.2020 tarixində 232 mln. ABŞ dolları gəlir olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2020 – 01.09.2020 tarixinə) 166 mln. ABŞ dolları təşkil edib.