Dəniz quldurları iki gəmiyə hücum edərək dənizçiləri girov götürüblər

269

Qanaya məxsus “AP 703” gəmisinə hücum zamanı quldurlar iki Cənubi Koreyadan olan dənizçini girov götürüblər. Digər 48 nəfər heyət üzvü xəsarət almayıb və evə buraxılıblar.

“Seanews.az” xəbər verir ki, gəmi Qərbi Afrika sahillərində hücuma məruz qalıb.

Cənubi Koreya hökuməti hazırda girov götürülmüş dənizçilərin qaytarılması üçün tədbirlər həyata keçirir.

Daha öncə avqustun 29-da Qvineya körfəzində “Pike” adlı gəmi də quldurların hücumuna məruz qalıb. Lakin quldurlar gəmiyə daxil ola bilməyiblər və qısa zamanda hadisə yerindən gizlənməyə nail olublar. 

Mənbə:seanews.az