Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib Video/Foto

395

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.