Estoniyada ilk hibrid batareyalı gəmi istifadəyə verilib

307

Estoniyanın Virtsu-Kuivastu limanından ilk hibrid batareyalı “Tõll” gəmisi sərnişinlərin istifadəsinə verilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, gəminin ilk reysi üçün akkumulyatorları ölkənin İqtisadiyyat və İnfrastruktur naziri Taavi Aas, “TS Laevad” şirkətinin sədri Valdo Kalm və “TS Laevad” idarə heyətinin sədri Yaak Kaabel işə salıb.

“Bütün nəqliyyat sektoru iqlim hədəflərinə çatmaq üçün irəliləyir. İddialı iqlim hədəfləri ekoloji cəhətdən təmiz texnologiyalara və qərarlara keçidi sürətləndirir. Hibrid batareyalı ilk sərnişin gəmisi Estoniyadakı bütün bərə daşımaları üçün inkişaf meyarıdır” – deyə nazir T.Aas söyləyib.

Bildirilib ki, gəminin akkumulyator batareyaları onun elektrik enerjisi ilə qismən hərəkət etməsinə imkan verir ki, bu da istifadə olunan dizel yanacağının miqdarını azaldır və havanın çirklənməsinin qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır