Beyrut limanında yanğın baş verib

234

Livanın paytaxtı Beyrut limanında yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın avtomobil şinlərinin və sürtkü-yanacaq materiallarının saxlandığı zonada başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. İnsan itkiləri barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, avuqstun 4-də Beyrut limanında güclü partlayış olmuşdu. Partlayış nəticəsində 190 nəfər həlak olmuş, 6,5 mindən çox şəxs yaralanmışdı. 300 mindən çox sakin evsiz qalıb.