Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu – FOTO/VİDEO

930

Sosial şəbəkələrdə qeyri-adi rəngdə olan dəniz pişiyinin görüntüləri yayılıb.

REN TV-nin məlumatına görə, foto və videonu rusiyalı bioloq Vladimir Burkanov  özünün “Instagram” hesabında paylaşıb

Oxot dənizinin sahilində çəkilən görüntülərdə kürən rəngli bala tünd rəngli həmcinsləri ilə birlikdə əks olunub.

Burkanov ilk əvvəl onu albinos hesab edib, sonra isə səhvini düzəldərək onun xromist olduğunu bildirib.

Görüntülər sosial şəbəkədə böyük maraqla qarşılanıb.